Pakistan-İran sərhədində 8 İran hərbçisi “Ədalət ordusu” terror təşkilatı tərəfindən öldürülüb
İslamabad, 9 aprel,
AZƏRTACAprelin 9-da Pakistan Xarici İşlər Nazirliyinin rəsmisi Tasnim Aslan jurnalistlərə bildirib ki, ötən gün Pakistan-İran sərhədində-Haqor ərazisində səkkiz İran hərbçisini Pakistandakı “Ədalət ordusu” terror təşkilatı qətlə yetirib. Onun sözlərinə görə, Pakistan İran hərbçilərinin qətlində əli olan günahkarların tapılması və məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparır.
Qeyd edilib ki, Pakistan İran hərbçilərinin öldürülməsini pisləyir və İran tərəfindən xahiş edir ki, bu terror aktı ilə bağlı hər hansı informasiya olsa Pakistan hüquq mühafizə orqanlarına təqdim etsin.
Bildirilib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Pakistana səfərə gəlib. Səfər müddətində terror aktı ilə bağlı məsələnin də müzakirə ediləcəyi gözlənilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad