Ölkə

PA-nın sektor müdiri: “Azərbaycan müstəqil dövlətdir, heç kimdən də qorxmur”

Metbuat.az

O,

Bakı 2015

I Avropa Oyunları ərəfəsində beynəlxalq mətbuatda Azərbaycanla bağlı yazılan mənfi məqalələrə münasibət bildirərkən söyləyib ki, bu məsələdə bədnam qonşuların – ermənilərin də təsiri var: “Onu yazanlar istədikləri nəticəni əldə edə bilmirlər. Xatırlayırsınızsa, “Eurovision” mahnı müsabiqəsi ölkəni xeyli tanıtdı və müsbət fikirlər formalaşdırdı. Həmin vaxt da Azərbaycanla bağlı qarayaxma kampaniyası aparırdılar. Amma yarışmadan sonra göründü ki, o məqalələrin heç bir təsiri yoxdur. Azərbaycan mahnı müsabiqəsində qalib gələndə 700 milyon insan Azərbaycanı araşdırıb, tapmağa başladı. Avropa Oyunlarında da belə olacaq, ölkəmizi tanıyanların sayı artacaq. Belə olan halda düşmənlərimiz Azərbaycanın uğurlarına kölgə salmağa çalışacaqlar. Amma heç nəyə nail olma bilməzlər. Azərbaycan irəliyə doğru addım atır, xeyli uğurlar əldə edib. On il bundan əvvəl “Azərbaycan” deyəndə bilmirdilər ki, ölkə harada yerləşir. Azərbaycan haqqında deyilən mənfi sözlərin heç bir əhəmiyyəti yoxdur”.


F.Axundov qeyd edib ki, Azərbaycan daim haqlı tənqidə açıq olub: “Onlar Azərbaycanın “dostları”dır və mənə elə gəlir, maaşlarını Azərbaycanı tənqid etdiklərinə görə alırlar. Təbii ki, tənqid konstruktiv olanda, biz onları nəzərə alırıq. Amma hazırda isə burada məqsəd Azərbaycanın imicinə zərbə endirməkdir. Azərbaycanla bağlı nəticə göz qabağındadır, bəziləri isə bunu paxıllıqdan görmür”.