Dünya

Özbək lider and içdi

Metbuat.az

Özbəkistan prezidenti İslam Kərimovun bu gün andiçmə mərasimi keçirilib.



ANS PRESS-in məlumatına görə, aprelin 10-da parlamentdə keçirilən mərasimdə Konstitusiya məhkəməsinin sədrli, Nazirlər Kabinetinin üzvləri və xarici diplomatlar iştirak ediblər.



O, and içərək, dördüncü prezidentlik müddətində də Vətənə sədaqətlə xidmət edəcəyini söyləyib.



Xatırladaq ki, 77 yaşlı İ.Kərimov bu il martın 29-da keçirilən prezident seçkisində 90 faiz səs toplayıb. Ölkə Konstitusiyasına görə 1 nəfər iki müddətdən artıq prezident ola bilməz. ATƏT seçkilərin pozuntularla keçirildiyini elan edib.

Mənbə
ANS PRESS