Dünya

Oxot dənizində “Uzaq Şərq” balıqçı gəmisinin batması nəticəsində ölənlərin sayı 62-yə çatıb

Metbuat.az

[ 10 Aprel 2015 12:07 ]



Bakı – APA. Oxot dənizində “Uzaq Şərq” balıqçı gəmisinin batması nəticəsində ölənlərin sayı 62-yə çatıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 5 nəfər itkin düşmüş dənizçinin öldüyü rəsmən təsdiqlənib.

Onların hamısı Rusiyanın Saxalin vilayətinin sakinləridir.

Qeyd edək ki, xilasedicilər 63 nəfəri xilas edib.