Ölkə
Ötən gün respublikanın avtomobil yollarında beş yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 13 aprel,
AZƏRTACAprelin 12-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 71 cinayət faktından 20-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 15 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 18 nəfər tutulub.