Ölkə

Ötən gün qeydə alınmış 73 cinayət faktından 28-nin üstü “isti izlər”lə açılıb

Metbuat.az


Bakı, 21 aprel,

AZƏRTAC

Aprelin 20-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 73 cinayət faktından 28-nin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.


Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.