Digər

Ötən ay Azərbaycanda 84 nəfər qidadan zəhərlənib

Metbuat.az

[ 13 Aprel 2015 10:41 ]



Bakı. Könül Kamilqızı - APA. Bu ilin mart ayında Azərbaycanda əhali arasında 71 qida zəhərlənməsi hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, bu hadisələr nəticəsində ümumilikdə 84 nəfər zərər çəkib.

Ötən ay ölkədə 2 botulizm hadisəsi qeydə alınıb ki, nəticədə 2 nəfər zəhərlənib.