Dünya

Önlüyünüzü çıxarın və robot aşpazla tanış olun

Metbuat.az

Bakı, 14 aprel,

AZƏRTAC

Aşpazın hərəkətlərini təkrarlayan və iki il ərzində əldə ediləcək robot təqdim olunub.


AZƏRTAC

xarici KİV-lərə istinadən xəbər verir ki, London şirkəti olan Moley Robotics dünyanın ilk mətbəx robotunu təqdim edib. Belə ki, bu robot heç nədən yüksək keyfiyyətli yemək hazırlamağı bacarır. Shadow Robot şirkəti tərəfindən istehsal olunan bu robot iki çevik qol və əllərdən ibarətdir ki, istifadə olunmadıqda onlar görünmür.


Bu robotlar Britaniya iqtisadiyyatını qurmağa kömək məqsədilə səkkiz böyük texnologiyadan biri kimi müəyyən olunub.