"Onların uğur qazanacağı inandırıcı görünmür"
"Radikal müxalifətin ara-sıra kütləvi aksiya keçirməsi özlərini yada salmaq və ya hansısa bir xarici fonddan aldıqları qrantı reallaşdırmaq üçündür". Milli.Az xəbər verir ki, bunu
SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili
Aydın Mirzəzadəmüxalifətin keçirdiyi aksiyaya münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, çünki onlar Azərbaycanın gündəlik həyatları ilə yaşamırlar, xalqın problemləri ilə tanış deyillər: "Bununla belə, onlar tənqid etdikləri halda hər hansı rasional təklif irəli sürmürlər, həyatımızdakı inkişafı görmürlər. Məhz bu səbəbdəndir ki, insanlar onların arxasınca getmirlər, elektoratları çox zəifdir. Topladıqları 200-300 nəfərlə hansısa bir uğur qazanacaqları inandırıcı görünmür".
Milli.Az