"Onlar da sonradan öz peşmançılıqlarını çəkiblər"
“Ümumiyyətlə, mən Avropa Siyasəti Araşdırmaları Mərkəzinin adını ilk dəfədir ki, eşidirəm. Düşünürəm ki, belə qondarma və oyuncaq təşkilatlar dünyada çoxdur”. Milli.Az xəbər verir ki, bunu
SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili
Məlahət İbrahimqızıAvropa Siyasəti Araşdırmaları Mərkəzinin bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarını boykot etməsi çağırışına münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, sözügedən bu kimi təşkilatlar araşdırılsa, məlum olar ki, onların arxasında ermənipərəst və erməni lobbisinin, diasporasının dəstəklədikləri qondarma, oyuncaq təşkilatlar dayanır: “Hesab edirəm ki, Avropa Siyasəti Araşdırmaları Mərkəzi kimi təşkilatların çağırışlarına, münasibətlərinə və fikirlərinə əhəmiyyət verməməliyik. Azərbaycan artıq dünya səviyyəsində böyük bir layihənin gerçəkləşdirilməsi ərəfəsindədir. Sözsüz ki, biz bu günə kimi anti-Azərbaycan, Azərbaycan əleyhinə çağırışları çox eşitmişik və ölkəmizə qarşı qərəzli mövqedə duran insanları, təşkilatları görmüşük. Təbii ki, onlar da sonradan öz peşmançılıqlarını çəkiblər. İnşallah, bir neçə aydan sonra ölkəmizdə Avropa tarixində bir tarix yazılacaq. Necə ki, indiyədək Azərbaycan belə tarixləri çox yazıb”.
Milli.Az