Digər

"Onlar Azərbaycanın müsbət imic qazanmasına əngəl yaratmağa çalışırlar"

Metbuat.az

“Azərbaycanda keçirilən böyük tədbirlər zamanı düşmənlərimizin lobbiçilik fəaliyyəti qüvvətlənir. Bunu biz “Eurovision” mahnı müsabiqəsi zamanı da görmüşük. Onlar indi Azərbaycanın müsbət imic qazanmasının, reytinqinin yuxarı olmasına əngəl yaratmağa çalışırlar və Avropa qurumlarında olan adamlarını işə salırlar”. Milli.Az xəbər verir ki, bunu

SİA

-ya Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili

Fərəc Quliyev

Avropa Siyasəti Araşdırmaları Mərkəzinin Bakı 2015 Avropa Oyunlarını boykot çağırışına münasibət bildirərkən deyib.



Onun sözlərinə görə, bu əngəli yaratmağa çalışanlar çox deyil: “Bəzən bunlar şişirdilir. Belə təşkilatlarda da bir-iki nəfərin çağırışı, erməni lobbisi tərəfindən ələ alınması gözlənilən məsələdir. Bu da ideoloji, fikir savaşıdır”.



F. Quliyev hesab edir ki, Azərbaycan tərəfi bu savaşda kifayət qədər güclüdür: “Belə təhdidlərin qarşısında dayana biləcək gücdəyik. Ona görə də bunu təhlükəli hesab etmirəm”.



Milli.Az