"Onlar Azərbaycanda siyasi səhnədən çəkilirlər"
“İqtidar-müxalifət görüşündə iştirak edən partiya sədrlərini hakimiyyətlə mandat alverində ittiham etmək heç bir həqiqətə söykənmir”
Bunu
APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri
Yusif Bağırzadəiqtidar-müxalifət görüşündə iştirak edən partiya sədrlərinin ittiham olunmasına münasibət bildirərkən deyib.
O bildirib ki, AMİP hər zaman hakimiyyətlə dialoqun tərəfdarı olub: “Çünki Azərbaycanda seçki mühitinin normallaşması üçün qeyd-şərtsiz dialoq olmalıdır. İndiki vaxtda Azərbaycanda intiqam hissi ilə idarə olunan partiyaların heç bir perspektivi yoxdur. Hazırda revanşist, intiqam hiss ilə yaşayan qüvvələrin Azərbaycanda siyasi səhnədən çəkilməsi prosesi gedir, buna görə də onlar yeni iqtidar-müxalifət görüşünə kölgə salmaq istəyirlər”.
Y. Bağırzadə sədri qeyd edib ki, AMİP artıq parlament seçkilərində iştirakla bağlı qərar verib: “İnanırıq ki, Azərbaycanda şəffaf parlament seçkiləri keçiriləcək”.
Milli.Az