Ölkə

Onbirinci siniflərdə monitorinq imtahanları davam edir

Metbuat.az

Bakı, 17 aprel,

AZƏRTAC

 


Onbirinci siniflərdə keçirilən monitorinq imtahanları davam edir.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK)

AZƏRTAC

-a bildiriblər ki, TQDK Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil məktəblərinin XI sinfində təhsil alan şagirdlər üçün keçirilən monitorinq imtahanlarını yekunlaşdırıb.


Növbəti monitorinq imtahanları aprelin 20 və 21-də regionlarda (Naxçıvan, Gəncə, Ağcabədi, Tovuz, Goranboy, Şəki, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay, Ağdaş, Yevlax, Şirvan, Salyan, Lənkəran, Neftçala, Quba, Qusar və Xaçmaz) aparılacaq.