Digər
Ölmək üçün işıq dirəyinə çıxdı
Kürdəmir rayonunda intihara cəhd hadisəsi olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bir nəfər intihar etmək məqsədilə hündürlüyü 45 metr olan işıq dirəyinə çıxıb.
Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
FHN əməkdaşları intihara cəhdin qarşısını alıblar.
Milli.Az