Dünya

Öldürülən prolurorun adı ədliyyə binasına veriləcək

Metbuat.az

Dünən İstanbulun Çağlayan Ədliyyə Sarayında yaşanan terror aktında həlak olan prokuror Məhmət Səlim Kirazın adı əbədiləşdiriləcək.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, prokurorun adı Çağlayan Ədliyyə Sarayına veriləcək. Bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu prokurorun dəfnindən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Çağlayan Ədliyyəsinin adı dəyişdirilərək Məhmət Səlim Kiraz Ədliyyə Sarayı olacaq.