Digər

Oğuz sakini avtobusda ölüb

Metbuat.az

[ 06 Aprel 2015 12:29 ]



Şəki. Vüqar Heydərov - APA. Şəki-Oğuz marşrutu ilə hərəkət edən mikroavtobusda ölüm hadisəsi baş verib.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Şəki avtovağzalında qeydə alınıb.

1937-ci il təvəllüdlü Oğuz rayon sakini Qədir Əli oğlu Səlimov Şəki-Oğuz marşrutu ilə hərəkət edən mikroavtobusda qəflətən dünyasını dəyişib. 78 yaşlı kişinin ölümünün dəqiq səbəbi aparılacaq tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.