Digər

Oğru: "Qonşumdan dönə-dönə üzr istəyirəm" - VİDEO

Metbuat.az

Qonşusunun evindən oğurluq edən Zərdab rayon sakini saxlanılıb. Hazırda onun başqa cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

 
Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Zərdab rayon sakini, 1990-cı il təvəllüdlü İntiqam Məmmədov, qonşusu 1974-cü il təvəllüdlü Rza Bayramovun evindən oğurluq edib. Hadisə rayonun Aşağı Seyidlər kəndində baş verib. Qonşusunun evdə olmamasından istifadə edən İntiqam Məmmədov, evdən 900 manat pul və 1000 manat dəyərində zinət əşyalarını götürüb. Evinin soyulduğunu anlayan Rza Bayramov dərhal Zərdab Rayon Polis Şöbəsinə müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
 
İntiqam Məmmədov oğurladığı pullarla borclarını ödəmək istədiyini deyib: "Gecə toydan gəldim. Gördüm ki, heç kim yoxdur, girdim evə. Qonşumdan dönə-dönə üzr istəyirəm, çox peşmanam".
 
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində istintaq tədbirləri həyata keçirlir.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.