Dünya

Obamadan Kuba ilə bağlı önəmli qərar

Metbuat.az

ABŞ prezidenti Barak Obama Kubanın terroru maliyyələşdirən ölkələrin siyahısından çıxarılmasına dair qərar qəbul edib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, müvafiq sənəd artıq Konqresə təqdim edilib.  

Məlumatda qeyd edilir ki, Kubanın terroru maliyyələşdirən ölkələrin siyahısından çıxarılması  ABŞ-Kuba münasibətlərinin normallaşdırılmasında çox mühüm əhəmiyyət  kəsb edən məsələdir.   

Aprelin 12-də  Barak Obama Kubanın terroru maliyyələşdirən ölkələrin siyahısından çıxarılmasına dair hələlik qərar vermədiyini bildirmişdi.