Dünya
Obama Kubanın "terrora dəstək verən dövlətlər" siyahısından çıxarılmasını istədi
Bakı. 15 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ölkə Konqresinə məktubla müraciət edərək Kubanın "terrora dəstək verən dövlətlər" siyahısından çıxarılmasını istədi.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Ev başçısının məktubunun mətni ictimaiyyətə açıqlanıb.