Dünya
AZƏRTAC
Nyu-Yorkda “3D printer” sərgisi qapılarını ziyatərçilərə açıb
Bakı, 17 aprel,
AZƏRTACNyu-Yorkda “3D printer” sərgisi qapılarını ziyatərçilərə açıb.
AZƏRTAC
xarici KİV-lərə istinadla xəbər verir ki, Manxettendəki “Javits Center”də təşkil olunan sərgidə nümayiş etdirilən və 3D printer texnologiyası ilə hazırlanan oyuncaqlar, musiqi alətləri, yarış velosipedləri, ev alətləri, bər-bəzək və geyim əşyaları müasir texnologiya ilə maraqlanan ziyarətçilərin diqqət mərkəzində olub.
Sərgidə 3D printer ilə avtomobilin metal üzlüklə üzlənməsi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Sərgi aprelin 19-dək davam edəcək.