Ölkə
Novruz Məmmədov: Avropa İttifaqı elə addımlar atmalıdır ki, tərəfdaşlarında etibarlılığına inam azalmasın
Azərbaycan, Bakı, 21 aprel /Trend/
"Avropa İttifaqı elə addımlar atmalıdır ki, tərəfdaşlarında onun etibarlılığına və səmimiyyətinə olan inam azalmasın". Trend-in məlumatına görə, bunu “twitter” səhifəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yazıb.
N.Məmmədov bildirib ki, 7-8 il ərzində "Nabukko" ilə bağlı verilən təkliflər və aparılan danışıqlar isə bunu təsdiq etməyə imkan vermir. "İndi artıq "Nabukko" tamam unudulub, görəsən Avropada belə məsələlərə əhəmiyyət verilir?"
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az