Növbəti səyyar qəbullar Bakının iki rayonunda keçiriləcək
Bakı, 2 aprel,
AZƏRTACBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar aprelin 3–də Pirallahı və Xəzər rayonlarında keçiriləcək.
BŞTİ-dən
AZƏRTAC-a bildiriblər ki, Pirallahı rayonu üzrə 168 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 131, 168, 186, 235, 243 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Xəzər rayonu üzrə 156 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə 3 nömrəli sanatoriya, 26, 33, 92, 117, 119, 120, 121, 122, 123, 124, 125, 136, 149, 156, 181, 183, 185, 206, 216, 218, 230, 231, 234, 237, 241, 256, 262, 322, 323, 324, 326 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Səyyar qəbullar Pirallahı rayonunda saat 10.00–da, Xəzər rayonunda isə saat 14.00–da başlayacaq və vətəndaşların müraciətləri bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin nümayəndələrindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədi daşıyır.