Digər

Nobel prospektində baş verən qəza tıxac yaratdı

Metbuat.az
Paytaxtın əsas yollarında nəqliyyatın hərəkətində sıxlıq var

Aprelin 21-də Bakı şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.



Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM)

"Report"

a verilən məlumata görə, hazırda Sumqayıt-Bakı şossesi, Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşısı, şəhər istiqamətində), İnşaatçılar prospekti (Statistika Komitəsi istiqamətində), Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşısı), Zərifə Əliyeva küçəsi, Həsən Əliyev küçəsi (TQDK istiqamətində), Azadlıq prospektində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.



Qeyd edək ki, Nobel prospektində tıxac yaranıb, səbəbi isə prospektdə yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsidir.



Milli.Az