Niyə hələ qisas ala bilməmişik (VİDEO)
Bu gün birinci Qarabağ müharibəsi dövründə Ermənistanın törətdiyi daha bir kütləvi qırğının ildönümüdür.
Ağdaban faciəsindən 23 il keçir. Qadın, qoca, uşaq demədən dinc sakinlərin yandırıldığı Ağdaban faciəsi həm də mədəniyyət tariximizin itkisilə yadda qalıb.
Kəlbəcər rayonunun Ağdaban kəndi cəmi 130 evdən ibarət idi. 779 nəfər əhalisi olan Ağdaban aprelin 8-nə keçən gecə alovlara qərq olur. Ermənilər kəndi yandırmamışdan qabaq Ağdaban yalındakı gözətçi məntəqəsində qalxıb burda keşik çəkən 3 nəfəri qətlə yetirir. Bundan sonra kəndə hücum başlayır.
“Gözətçi məntəqəsində keşik çəkənlər - Rayət Qasımov, Qorxmaz Hümbətov və İsfəndiyar Məmmədov növbədə olarkən ermənilər tərəfindən qətlə yetirilmişdilər”, – deyə Ağdaban sakini Rafiq Məhərrəmov bildirdi.
Həmin gün 67 nəfər öldürülür, 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılır.
Yandırılan həm də Aşıq Şəmşirin evi və zəngin arxivi idi.
“Həmin günü Aşıq Şəmşirin oğlu Ələsgər və onunla bir neçə nəfər “Ural” markalı avtomobillə kənddə gəlirmiş. Bu vaxt ermənilər qumbaraatanla avtomobilə atəş açıblar. Nəticədə avtomobildə olanların hamısı həlak olub. Ağdaban kəndinə yaxın kənddən köməyə gələnlər isə ermənilərin müqavimətilə rastlaşırlar. Çünki ermənilər artıq Kəlbəcərdən kəndə gələn yolu əvvəlcədən ələ keçirmişdilər”, – deyə Rafiq Məhərrəmov bildirdi.
Rafiq müəllim Ağdabanın işğalından sonra Bakıda, Buzovna qəsəbəsində məskunlaşıb. Ondan xahiş edəndə ki, gələndə özünüzlə köhnə şəkillər də gətirin. Ağdabanın şəkilərini. Dedi yoxdur. Özümüzlə heç nə çıxara bilməmişik. Hamısı yandı, deyir. Biz isə hələ də ermənilərin atasını yandıra bilməmişik.
Sağlığında Dədə Şəmşir deyirdi. Mərd ata, mərd oğlu el misalıdır. İgidin ürəyi öz mahalıdır, kişinin əzası qarışmalıdır, ölən günü torpağına Vətənin. Əzalarınız Vətən torpağına qarışsın millət. Məncə bu indiki vaxtda ən gözəl arzudur.
ANS-TV-Ləman Əliəşrəfqızı