Nişanı qaytarılan gəncin hiddəti 3 ömürü yarıda kəsdi
Türkiyədə qohumların bir-biri ilə yola getməməsi faciəyə səbəb oldu
Türkiyədə nişanı qaytarılan gənc çıxış yolunu qətliamda görüb.
Anspress
-in məlumatına görə, Manisa vilayətinin Soma rayonunda özəl bir mədən ocağında fəhləlik edən
Özgür Çoban24 fevralda sevdiyi
Özləm Yenerlə nişanlanıb.
Cütlük evlilik hazırlığında olarkən qohumlar arasında narazılıqlar yaranıb. Bir-birlərini başa düşmədiklərini bildirən oğlan və qız adamları nişanı pozmağa qərar verirlər və hər iki tərəf qərarı qəbul edir.
Nişanın pozulmasını qəbul etməyən Özgür Çoban avtomobil kirayələyir və Özləm Yenergilin evlərinə doğru yola çıxır. Yolda nişanlısı və ailəsinin avtomobilini görən Çoban öz maşını ilə onların qabağını kəsir.
Evdən götürdüyü tüfənğlə keçmiş nişanlısını və onun atası
Şaban Yeneri maşından düşürərək güllələyir. Sonra isə özünü vuraraq intihar edir.
Hər üçü aldıqları güllə yarasından hadisə yerində dünyalarını dəyişiblər.
Milli.Az