Dünya

​Nigeriyada yaşayış məntəqəsinə hücum olub: ölən və yaralananlar var

Metbuat.az

Bakı. 6 aprel. REPORT.AZ/ "Boko Haram" silahlı qruplaşmasının yaraqlıları Nigeriyanın şimal-şərqində yerləşən Kvacaffa yaşayış məntəqəsinə hücum edib.


"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, ekstremistlər dinc əhaliyə atəş açaraq evlərinə od vurublar. Ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil. Şahidlərin sözlərinə görə, ən azı 20 nəfər həlak olub.