Dünya

Nigeriyada naməlum xəstəlik 18 nəfərin ölümünə səbəb olub

Metbuat.az

Bakı, 19 aprel,

AZƏRTAC

Nigeriyada yayılan naməlum xəstəlik 18 nəfərin ölümünə səbəb olub. Ölkə rəsmilərinin məlumatına görə, Ondo ştatının Ode-İrele şəhərində sürətlə yayılan xəstəliyin əsas əlamətləri baş ağrısı, huşun itirilməsi, görmə qabiliyyətinin pozulmasıdır. Xəstəliyə yoluxan insan 24 saat ərzində dünyasını dəyişir.


Nigeriyanın səhiyyə qurumlarının rəsmiləri və Dünya Səhiyyə Təşkilatının ekspertləri bu sirli xəstəliyi müəyyənləşdirməyə çalışırlar. Onun Ebola və ya hər hansı digər virus olması istisna edilir.