Niderlanddan Ermənistana rədd
Niderlanddan Ermənistana rədd cavabı. ANS PRESS-in məlumatına görə, parlamentə 1915-ci illə bağlı 4 təklif irəli sürülüb.
Təkliflər müxalifət partiyaları tərəfindən Nümayəndələr Məclisinə təqdim verilib. Bunlar qatı sağçı "Azadlıq partiyası"nın (PVV) lideri Gert Vilders ilə eyni partiyadan olan Harm Beertema və Xristian Birlik Partiyası (CU) millət vəkili Joel Voordevindin imzası ilə hazırlanıb.
Bunların arasında kral və baş nazirin qondarma soyqırımın ildönümü münasibətilə Ermənistana dəvəti də olub.
Hökumətdən 1915-ci il hadisələri ilə bağlı "Erməni məsələsi" yerinə "erməni soyqırımı" ifadəsinin istifadəsi istənilib. Lakin səsvermə zamanı bunun lehinə 63, əleyhinə isə 78 səs verilib. Nəticədə hər iki təklif rədd edilib.
Joel Voordevindin 10 millət vəkilinin imzası ilə təqdim etdiyi təklif bir təklif 13-ə qarşı 127 səslə qəbul edilib. Burada Türkiyə və Ermənistanın tarixləri ilə bağlı qarşılıqlı anlaşmanın əldə edilməsinin vacibliyi vurğulanıb. Təklifdə deyilir:
"1915-ci il hadisələri haqqında ortaq bir mövqeyin qəbul edilməsi iki tərəf arasında münasibətlərin bir addım daha da irəliləməsi üçün gərəkdir. Hollandiya və xaricində keçiriləcək anma tədbirlərinin iki toplum arasında hörmət və töhvədə kömək etməsini arzu edirik".
Bütün səsvermələrdə iştirak edən, lakin təkliflərin əleyhinə səs verən Denk Hərəkatının millət vəkili Tunahan Kuzu türk jurnalistlərə açıqlamasında Hollandiyadan 4 min km aralıda 100 il öncə yaşanan bir hadisənin parlamentdə həll edilə bilməyəcəyini deyib.
Mənbə
ANS PRESS