İdman

Neymar: "Qəhrəman odur"

Metbuat.az
“PSJ-yə qarşı göstərdiyimiz oyundan razıyıq. Rəqibimizin çətin olduğunu bilirdik. Buna görə də Parisdə qazanılan qələbənin önəmi çoxdur”.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Barselona”nın braziliyalı futbolçusu Neymar deyib.
 
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə PSJ-yə 3:1 hesabı ilə qalib gələn “Barselona” yarımfinala çıxmaq işini asanlaşdırıb. Komandanın aparıcı oyunçularından olan Neymarın fikrincə, matçın qəhrəmanı Luis Suaresdi: “Suares iki mükəmməl qol vurdu. Digər futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Matçın əvvəlindən sonuna qədər hücum etdik və qollarımızı vurduq. Bir sözlə, mükəmməl oynadıq”.
  
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması aprelin 21-də keçiriləcək.

Milli.Az