Digər

Neftin qiyməti oynayır

Metbuat.az

Son bir neçə gündə neftin qiyməti 60 dollara yaxınlaşsa da, bu, çox çəkməyib.



ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenidən ucuzlaşma qeydə alınıb.



Sutka ərzində olan qiymət dəyişikliklərini nəzərinizə çatdırırıq:


- Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2.16 dollar azalaraq 50.91 dollar təşkil edib.


- ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2.32 dollar ucuzlaşaraq 56.07 dollar olub.



Qeyd edək ki, ötən gün WTI neftinin qiyməti 1 barelə görə 53,07 dollar, Brent markalı neftin 1 barelinin qiyməti isə 58,39 dollar idi.

Mənbə
ANS PRESS