Digər

Neftin qiyməti bahalaşır

Metbuat.az

Səudiyyə Ərəbistanı neft nazirliyinin son bəyanatından sonra neftin dünya bazarlarında qiyməti bahalaşmağa başlayıb.



ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenidən bahalaşma qeydə alınıb.



Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.85 dollar (1.67%) artaraq 51.64 dollar təşkil edib.



ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 1.30 dollar (2.30%) bahalaşaraq 57.87 dollar olub.



Qeyd edək ki, Səudiyyə Ərəbistanının neft nazirinin müşaviri Əli əl-Naimi İbrahim al-Muhanna dünya bazarlarında neftin qiymətinin düşməsinin müvəqqəti olduğunu bildirmişdi.

Mənbə
ANS PRESS