Ölkə

Neftçalada bərbərxana yandı

Metbuat.az

Neftçalada yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Beştalı kəndində (Salyan RDYMH-dən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan bərbərxanada baş verib. Nəticədə bərbərxananın yanar konstruksiyaları yanıb. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub.