Dünya

Neft platformasında yanğın: 4 ölü, xeyli yaralı var

Metbuat.az

Meksika körfəzində iri neft platformasında güclü yanğın baş verib.  APA-nın BBC”yə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 4 nəfər ölüb, onlarla fəhlə xəsarət alıb, 300-dək işçi təxliyə olunub.

"Röyters" yanğından əvvəl platformada güclü partlayışın baş verdiyini bildirir. 

Yanğının söndürülməsinə 8 yanğınsöndürən gəmi cəlb olunub.