Ölkə

Nazirlər mediaya səsləndi (FOTO)

Metbuat.az

Aprelin 2-də Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli formatda görüşündən sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.



Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hər üç nazir görüşün yekunları barədə mediaya məlumat verib.



Növbəti üçtərəfli görüşün bu ilin payızında Türkiyədə keçirilməsi planlaşdırılır.



Qeyd edək ki, Tbilisi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri Mindia Canelidze və Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.



Görüşdə nazirlər müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlıq fəaliyyətlərini nəzərdən keçirib, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.





Mənbə
ANS PRESS