Dünya

Nazirlər arasında sevgi qalmaqalı

Metbuat.az

Mərakeşdə iki nazir arasında sevgi qalmaqalı yaranıb. ANS PRESS-in məlumatına görə, ərəb mətbuatı evli olan Parlamentlə əlaqələr naziri Lahbib Çoubani Ali təhsil və elmi araşdırmalar naziri Soumia Benkhaldounu istəməyə getməsi barədə məlumat yayıb. Dörd uşaq anası olan qadın nazir ötən ay həyat yoldaşından boşanıb.



Ölkə mətbuatının gündəmi olan sevgi münasibəti bir il öncə başlayıb. Nazirlərin sevgi hekayəsi "Bu eşq Amerika serialları və "Muhteşem yüzyıl"ı belə geridə qoydu" başlığı ilə maneştlərə çıxıb.



İddiaya görə, 52 yaşlı Lahbib Çoubani sevgilisi ilə münasibətini rəsmiləşdirmək üçün anası və ilk həyat yoldaşı ilə elçilik edib. 53 yaşlı qadın nazir isə 30 il ailəli olub və nəvələri də var.



Bəzi qəzetlər isə Çoubaninin şorgöz olduğunu və həmkarını boşanmaya məcbur etdiyini deyiblər. Benkhouldoun isə bu iddiaları rədd edib və aylar öncə boşanma qərarı verdiyini deyib.



Mərakeş hökuməti tarixində bir ilk olan nazirlərin sevgisi uzun müddət müzakirə mövzusu olacaq.



Mənbə
ANS PRESS