Ölkə

Natiq Əliyev: “Enerji hər bir ölkənin sabitliyi və inkişafında əsas amildir”

Metbuat.az

[ 21 Aprel 2015 19:12 ]



Bakı. Ülkər Bəkirli - APA. “Enerji hər bir ölkənin sabitliyi və inkişafında əsas amildir. İqtisadiyyatımızı inkişaf etdirmək üçün ölkənin enerji təchizatını təmin etməliyik”.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən Şərqi Asiya üzrə Ümumdünya İqtisadi Forumunda çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Ümumdünya İqtisadi Forumunda 40 ölkədən 700-dək nümayəndə iştirak edir. Dünyanın ən böyük şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi forumda enerji təhlükəsizliyi, kənd təsərrüfatı, qida bazarı, ticarət və yüksək texnologiyalar mövzusunda müzakirələr aparılır.