Ölkə

Narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalıdır

Metbuat.az

Bərdə, 10 aprel,

AZƏRTAC

Bərdə rayonunun ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya əleyhinə mübarizəni birlikdə aparaq” devizi ilə silsilə tədbirlər keçirilir.


AZƏRTAC

xəbər verir ki, rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbiri Zümürxan kənd tam orta məktəbində reallaşıb.


Tədbirdə çıxış edənlər narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən geniş bəhs ediblər. Vurğulanıb ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, uşaq və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.


Disskusiya şəklində keçən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.