Dünya

Müxalifət Putinə qarşı birləşdi

Metbuat.az

Rusiyada 2016-cı ildə keçiriləcək parlament seçkilərində müxalifət vahid cəbhədə mübarizə aparacaq.



ANS PRESS-in məlumatına görə, Rusiyanın iki müxalifət partiyası seçkilərə birgə platforma ilə qatılacaqlarını açıqlayıb.



Belə ki, qətlə yetirilmiş Boris Nemtsovun partiyası - Parnas Aleksey Navalnının rəhbərlik etdiyi İnkişaf Partiyasına qoşulacaq.



Bu barədə açıqlama verən Parnas partiyasının lideri Mixail Kasyanov atdıqları addımın əhəmiyyətinə diqqət çəkərək bildirib ki, 2016-cı il seçkilərində vahid platforma ilə iştirak müxalifətin birliyi üçün mühüm amildir.

Mənbə
ANS PRESS