Ölkə

​Müsavat Partiyasının başqanı: "Avropa Parlamentinin qərarı siyasi baxımdan zərərlidir"

Metbuat.az

Bakı. 16 aprel. REPORT.AZ/ "Avropa Parlamentinin "erməni soyqırımı"ilə bağlı qərarı elmi, tarixi baxımdan yanlış, siyasi baxımdan çox zərərlidir".


"Report"un məlumatına görə, bunu Müsavat Partiyasının başqanı

Arif Hacılı

Avropa Parlamentinin "24 aprel tarixinin Avropa İttifaqında "erməni soyqırımı qurbanları"nın anım günü elan olunması" haqqında qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.


O qeyd edib ki, bu qərar

Avropa Birliyi

nin nüfuzuna sarsıdıcı zərbədir: "Ermənistanın bu günki işğalçılıq siyasətinə dolayısı ilə haqq qazandırmaqla yanaşı, Qarabağ probleminin diplomatik üsullarla həlli yolunda daha bir maneə yaradır. İndiki həssas məqamda konfessiyalararası etimadı azaldır. Avropa Parlamentinin bu qərarı həm də təhlükəsiz dünya, dincyanaşı yaşama, tolerantlıq kimi zəruri dəyərlərin inkişafına zərbədir".


Qeyd edək ki, qətnamə Avropa İttifaqına üzv ölkələrin parlament və hökumətləri tərəfindən qondarma "erməni soyqırımı"nın tanınması üzrə müvafiq sənədlər qəbul etməsini nəzərdə tutur və Türkiyəni 1915-ci ildə Osmanlı imperiyasında "erməni soyqırımı"nı tanımağa çağırır.