Müsavat MNTK-nın sabiq sədri: "Qərarların icrasında partiya rəhbərliyinin yanaşması deyil, Nizamnamə əsas götürülməlidir"
İ.İbrahimli bildirib ki, partiyanın Suraxanı rayon təşkilatının qərarından iki nəfər MNTK-ya şikayət edib, bu da həlledici səs deyil: "Bu adamlar iclasda iştirak etsəydilər belə, nəticə eyni olacaqdı. Məsələnin kökündə Nizamnaməyə əməl olunması deyil, Vurğun Əyyubun namizədliyinin irəli sürülməsinə münasibət dayanır. Düşünürəm, Vurğun bəy deyil, başqa namizəd olsaydı, bu cür yanaşma olmayacaqdı. MNTK-nın qəbul etdiyi bəzi qərarlar var ki, onlarla razı deyiləm. Üzvlərin cəzalandırılması düzgün deyil və bu, partiya maraqlarına uyğun deyil. Qərarların icrasında partiya rəhbərliyinin yanaşmasını deyil, Nizamnaməni əsas götürməlidirlər".
Xatırladaq ki, MNTK-nın sonuncu iclasında şikayət əsasında partiyanın Suraxanı rayon təşkilatının Şura iclasında Vurğun Əyyubun namizədliyinin irəli sürülməsi barədə çıxarılan qərara baxılıb və ləğv edilib.