Ölkə

MTN polkovniki intihar etdi?

Metbuat.az

MTN-in polkovnik-leytenant rütbəli zabiti Bakının Nərimanov rayonunda, Həsənoğlu küçəsində yerləşən çoxmərtəbəli binadan özünü ataraq, faciəli şəkildə dünyasını dəyişib.



Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, ölən şəxs MTN-in polkovnik-leytenant rütbəli zabiti Azər Əliyevdir.



Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə isə Bakının Nərimanov rayon sakini Azər Əliyev aprelin 8-də səhər saat 10:00 radələrində yaşadığı Həsənoğlu küçəsi, 6 ünvanında çoxmərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.



Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.



Hal-hazırda araşdırma aparılır və xüsusi xidmət orqanları zabitinin ölümünün təfərrüatları aydınlaşdırılır.

Mənbə
Virtualaz.org