İdman

Mourinyo türkiyəli futbolçunu istəyir

Metbuat.az
İngiltərə Premyer Liqasında çempionluğa doğru irəliləyən “Çelsi” gələn mövsüm üçün heyəti müəyyənləşdirməyə başlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, londonluların gündəmindəki ilk oyunçu “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özildir.
  
“Mavilər”in baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Türkiyə əsilli futbolçunun yayda mütləq alınmasını tələb edib. “Çelsi” rəsmiləri də vaxt itirmədən əzəli rəqiblə təmasa keçiblər. 2013-cü ildə “Real”dan 42,5 milyon funt-sterlinqə “Arsenal”a transfer olunan Almaniya millisinin üzvü üçün Premyer Liqanın lideri daha yüksək məbləğ ödəməyə hazırdır.
  
Qeyd edək ki, Məsut Özil 2010-2013-cü illərdə “Real”da məhz Joze Mourinyonun rəhbərliyi altında çıxış edib.

Milli.Az