Mədəniyyət

Moskvada görkəmli Azərbaycan generalı Əliağa Şıxlinskinin 150 illik yubileyi qeyd ediləcək

Metbuat.az

Bakı, 21 aprel, Flora Şükürova,

AZƏRTAC

Cari ilin sentyabrda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əliağa Şıxlinskinin 150 illik yubileyi təntənə ilə qeyd olunacaq. Noyabrın 26-da isə Moskvada yubiley tədbirlərinə yekun vurulacaq.


Bu sözləri

AZƏRTAC

-a müsahibəsində görkəmli Azərbaycan generalı Əliağa Şıxlinskinin nəvəsi, rejissor Ziya Şıxlinski bildirib.


O deyib: “Artıq ölkəmizdə görkəmli hərb generalının yubileyinə həsr edilmiş silsilə təbirlər keçirilir. Bu tədbirlər Prezident İlham Əliyevin 20 noyabr 2014-cü il tarixli “General Əliağa Şixlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil olunur”.


Z.Şıxlinski babasının irsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.