Moskva Qarabağı İrəvandan alır
Ermənistan mətbuatı Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinin İrəvana səfərinin əsl səbəbi haqda məlumat yayıb.
ANS PRESS-in məlumatına görə, erməni jurnalistlər Narışkinin səfərində məqsədin rəsmi İrəvana yeni hədələr irəli sürmək olduğunu yazır. Moskva İrəvana bundan sonra da Avropa Birliyinə üzvlüklə bağlı danışıqların aparılmaması ilə bağlı təzyiq edəcək.
Ermənistan rəhbərliyi ölkənin Gömrük İttifaqına üzvlüyündən sonra inteqrasiya məsələsinin ləng getməsindən qorxaraq üzünü yenidən Avropaya tutmaq istədiyi deyilir. Erməni mətbuatı Ermənistanın Gömrük İttifaqına üzvlüyündən sonra ölkənin onsuz da gərgin olan iqtisadi vəziyyətinin daha da acınacaqlı hala gəldiyini yazır. Rusiyada yaşayan erməni miqrantların vəziyyəti o dıərəcədə psiləşib onların ailələri Rusiyaya pul göndərirlər ki, miqrantlar Ermənistana qayıtmayaraq Rusiyada qalsınlar. Ermənilər Gömrük İttifaqı layihəsinin iflasa uğradığı və Rusiyanın bu layihə adı altında sonuncu resurslarını da Ermənistanın əlindən aldığını bildirir. Ermənilər Narışkinin Serj Sarkisyan qarşısında Qaqik Sarukyanı yenidən siyasətə qaytarmaq tələbi qoyacağını bildirir. Rusiya Qaqik Sarukyanın əli ilə ideyalarını Ermənistanda həyata keçirərək Serji yenidən "vuracaq". Ermənilər bir fikirdə yekdildilər. Ermənistan Gömrük İttifaqına üzv olmaqla həlledici səhvə yol verdi. Bu onlara Dağlıq Qarabağda nəzarəti itirmək bahasına başa gələcək.
MənbəANS PRESS