Dünya

Moskva merindən Nemtsova heykəl qoyulması xahiş olundu

Metbuat.az

Rusiyada müxalifətçilər Moskva merindən qətlə yetirilmiş siyasətçi Boris Nemtsova heykəl qoyulmasını xahiş ediblər.



APA

-nın TASS-a istinadən verdiyi məlumata görə, artıq müvafiq sənəd paytaxt meriyasına göndərilib.



Sənədi “RPR-Parnas” partiyasının həmsədri

Mixail Kasyanov

, partiyanın Siyasi Şurasının üzvü

İlya Yaşin

, Moskva meri postuna keçmiş namizəd

Aleksey Navalnıy

və digər fəallar imzalayıblar.



Qeyd edək ki, bu gün Moskvanın mərkəzində B.Nemtsovun xatirəsinin yad edilməsi məqsədi ilə aksiya keçirilib.



Milli.Az