Ölkə

Misir Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir

Metbuat.az

Bakı, 8 aprel, Ülviyyə Məmmədli,

AZƏRTAC

Misirin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi aydındır və bu mövqeyə sadiq qalır. Rəsmi Qahirə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələri dəstəkləyir və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir.


AZƏRTAC

xəbər verir ki, bu fikirləri Misirin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Heysəm Cəlal aprelin 8-də keçirdiyi mətbuat konfransında söyləyib.


Diplomat Misirin ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı səylərini dəstəklədiyini diqqətə çatdırıb.