Dünya
AZƏRTAC
Minsk razılaşmasının həyata keçirilməsi ilə bağlı nazirlərin görüşü keçiriləcək
Bakı, 10 aprel, Əsəd Məmmədov,
AZƏRTACBerlində Minsk razılaşmasının həyata keçirilməsi ilə bağlı nazirlərin görüşü keçiriləcək.
AZƏRTAC
xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib. Məlumatda qeyd edilir ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin, Rusiya xarici işlər naziri Sergey Lavrovun, Ukrayna xarici işlər naziri Pavlo Klimkinin və Fransa xarici işlər naziri Laurent Fabiusun qatılacağı görüş aprelin 13-də keçiriləcək.
Görüşdə Ukraynada atəşkəsin təmin olunmasını nəzərdə tutan Minsk razılaşmasının həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.