Digər

Mingəçevirdə 47 yaşlı kişi intihar edib

Metbuat.az

[ 06 Aprel 2015 13:58 ]



Bakı. Fuad Cəfərov – APA. Mingəçevir şəhərində intihar hadisəsi baş verib.

Mingəçevir Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Üzeyir Hacıbəyov küçəsi ev 2 ünvanında qeydə alınıb.

Rayon sakini, 1968-ci il təvəllüdlü Elşad Məhəmməd oğlu Məmmədov yaşadığı ünvanda özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.