Digər
Mingəçevir xəstəxanasında köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub
[ 15 Aprel 2015 21:40 ]
Bakı-APA. Mingəçevir şəhər Mərkəzi xəstəxanasından, Fövqəladə Hallar Nazirliyinin “101” qaynar telefon xidmətinə daxil olmuş məlumata əsasən azyaşlı uşaq başını diametri 150 mm olan asbest borunun içərisinə keçirərək köməksiz vəziyyətdə qalıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə gələn yanğınsöndürən-xilasedicilər müxtəlif kəsici alətlərdən istifadə etməklə azyaşlıya müvafiq köməklik göstərib və onu həkimlərə təhvil verib. Əməliyyat saat 20:25-də başa çatıb.