Ölkə
Mingəçevir xəstəxanasında azyaşlı xilas olundu
Mingəçevir şəhər Mərkəzi xəstəxanasından, Fövqəladə Hallar Nazirliyinin “101” qaynar telefon xidmətinə daxil olmuş məlumata əsasən azyaşlı uşaq başını diametri 150 mm olan asbest borunun içərisinə keçirərək köməksiz vəziyyətdə qalıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə gələn yanğınsöndürən-xilasedicilər müxtəlif kəsici alətlərdən istifadə etməklə azyaşlıya müvafiq köməklik göstərib və onu həkimlərə təhvil verib.